Bu yay «Şamaxı»nı tərk edən futbolçular AFFA prezidenti Rövşən Nəcəflə görüşmək niyyətindədir.
Komandadan ayrılan oyunçuların bir neçəsi bu barədə redaksiyamıza məlumat verib.
Onların bildirdiyinə görə, rəhbərlik tərəfindən aldadılıblar. Ötən mövsümün başa çatmasından 2 aya yaxın vaxt keçsə də, hələ də aprel və may aylarının maaşını almayıblar:
«Burada qalanların pulunu veriblər, bizim isə yox. Get-gələ salırlar. Nə vaxt zəng vururuq, «gözləyin» deyirlər.
Pul yoxdursa, komandada saxladıqları futbolçuların maaşını haradan alıb veriblər? AFFA pulu köçürübsə, bəs bizim maaşımız hara gedib?
Bunu aydınlaşdırmaq üçün AFFA-ya gedəcəyik. Şəxsən prezidentlə görüşmək istəyirik ki, əsl həqiqəti bilək.
«Şamaxı» rəhbərliyi heç kimdən çəkinmir. Deyirlər ki, kimə istəyirsiz, şikayət edin, bizə heç kim heç nə edə bilməz».
P.S. Qarşı tərəfin mövqeyini işıqlandırmağa zazırıq.
SPORTİNFO.AZ