Ayxan Abbasovu baş məşqçi postuna gətirən «Şamaxı» transfer bazarında fəallığı artırıb.
Premyer Liqaya qayıdış mövsümündə «lift» rolunu oynamaq istəməyən «şirlər» daha bir legionerlə anlaşmağa yaxındır.
Əyvlət təmsilçisi bu dəfə Vasilije Radenovićlə müqavilə imzalamağa hazırlaşır. 30 yaşlı monteneqrolu cinah hücumçusudur.
«Şamaxı» onun karyerasında 16-cı klub olacaq. İndiyədək yalnız ölkəsində və Serbiyada çıxış etmiş oyunçu yaxın günlərdə ölkəmizə təşrif buyuracaq.
«Şamaxı» buvaxta kimi Adil Nağıyev, Rafael Məhərrəmli, İlkin Muradov, Rauf Rüstəmli, Rüfət Abbasov, Belajdi Pusi, Brahim Konate, Georgi Kantariya, Kamal Bayramov, Lubeni Haukonqo və Fəxri Məmmədli ilə anlaşıb.
SPORTİNFO.AZ