“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisi “Sabah”dan müdafiəçi Fəxri Məmmədlini icarə əsasında heyətinə qatıb.
18 yaşlı yarımmüdafiəçi növbəti bir il ərzində "Şamaxı"da oynayacaq.
"Şamaxı" bunadək Adil Nağıyev, Rafael Məhərrəmli, İlkin Muradov, Rauf Rüstəmli, Rüfət Abbasov, Belajdi Pusi, Brahim Konate, Georgi Kantariya, Kamal Bayramov və Lubeni Haukonqonu transfer edib.