"Şamaxı" transfer çalışmalarını davam etdirir.
Bölgə klubu xəbər verdiyimiz kimi, son olaraq Namibiya yığmasının müdafiəçisi Lubeni Haukonqo və ingiltərəli forvard Morqan Fereyra ilə bütün detallarda razılıq əldə edib.
Adıçəkilən legionerlərin ölkəmizə gələcəyi tarix də məlumdur.
Hər iki legioner 5 iyul tarixindən baş məşqçi Ayxan Abbasovun sərəncamında olacaqlar.
Daha əvvəl anlaşma əldə olunan Belajdi Pusi, fransalı dayaq yarımmüdafiəçisi Brahim Konate və portuqaliyalı qapıçı Rikardu Fernandes isə artıq düşərgədədir.
Gürcüstanlı mərkəz yarımmüdafiəçisi Georgi Kantariya isə məşqçilər korpusunun icazəsi ilə 7 iyul ölkəmizə gələcək.
XANOĞLAN / SPORTİNFO.AZ