"Şamaxı" növbəti transferini həyata keçirib.
Bölgə klubu əcnəbi forvadla güclənib.
Morqan Fereyra qarşıdakı mövsümü təmsilçimizin şərəfini qoruyacaq.
İngiltərəli hücumçunun son klubu İsrailin "Hapoel Acre" olub.
Yamayka əslli oyunçu "Arsenal"ın yetirməsidir.
O, 2011-2021-ci illər aralığında İngiltərədə müxtəlif klubların formasını geyinib.
Sonrakı illərdə isə Tayland, İsrail və Birləşmiş Ərəb Əmirliklərində legioner həyatı yaşayıb.
SPORTİNFO.AZ