"Şamaxı" bu gündən yeni mövsümün hazırlıqlarına start verib.
Doğma rayonda başlayan məşqlərə yerli futbolçularla bərabər legionerlər də qoşulub.
Yalnız Giorgi Kantariya xaric.
Gürcüstanlı legionerə baş məşqçi Ayxan Abbasov 1 həftə əlavə icazə verib.
Bu da səbəbsiz deyil.
Onun son klubu olan "Nejmeh" bu gün Livan çempionatında son matçına çıxıb.
Təcrübəli mütəxəssis bununla 27 yaşlı futbolçunun ağır mövsümün yorğunluğunu üzərindən atmasına şərait yaradıb.
XANOĞLAN / SPORTİNFO.AZ