COP29

Portuqaliyalı sabiq "Qarabağ"lının məsləhəti ilə Azərbaycana gəldi

26 İyun 22:20 Şamaxı 5 695
Portuqaliyalı sabiq "Qarabağ"lının məsləhəti ilə Azərbaycana gəldi

Birinci Liqanın son çempionu "Şamaxı" yeni mövsümə hazırlıqlarını davam etdirir.

Bölgə klubu son olaraq Rikardo Fernandesi heyətinə qatdığını açıqlayıb.

29 yaşlı qapıçının son klubu Portuqaliyanın “Torreens” klubu olub.

Təcrübəli qolkiperin "şirləri" seçməsi isə təsadüfi baş verməyib.

Onun qərarına "Qarabağ"dan yaxşı tanıdığımız Vaqner Silva birbaşa təsir edib.

Belə ki, 2018-2020-ci illər aralığında Ağdam klububda forma geyinmiş 38 yaşlı kiper 2023/24 mövsümünü "Torrense"də əsas qolkiper kimi keçirib.

Davamlı oynaya biləcəyi yerə getməkdə qərarlı olan Rikardo komanda yoldaşından Azərbaycandan aldığı dəvətlə bağlı məsələhət alıb.

Sabiq "Qarabağ"lı həmkarına Ayxan Abbasovun baş məşqçi olduğu komandaya getməyi tövsiyə edib.

Məhz bundan sonra Portuqaliyanın gənclərdən ibarət millisinin sabiq üzvü "şirlər"lə bir illik müqaviləyə imza atıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO