COP29

Əcnəbilərlə bağlı qərar dəyişdi, ənənə isə davam edəcək

1 İyul 19:20 Şamaxı 620
Əcnəbilərlə bağlı qərar dəyişdi, ənənə isə davam edəcək

"Şamaxı" son iki mövsümü yalnız yerli futbolçuların ümidinə qalmağı seçdi.

Lakin bu mövsüm mənzərə fərqli olacaq.

Belə ki, Ayxan Abbasovu baş məşqçi postuna gətirən klub legionerlərin də xidmətindən istifadə etməyə qərar verdi.

Adətən bölgələrdə yaşamağı sevməyən legionerlər paytaxtda mənzillə təmin olunur.

Maraqlıdır, klub bu məsələdə hansı addımı atacaq?

Kollekiv Bakıda məskunlaşıb ancaq oyunlar üçün rayona gedəcək, yoxsa son iki ildə olduğu kimi doğma rayonda yerləşəcək?

Klubdan saytımıza bildirilib ki, bu məsələdə yekun qərar verilib.

Digər komanda üzvləri kimi əcnəbilər də Şamaxıda yaşayacaq.

Onların hər birinə İcra Hakimiyyətinin klubun ixtiyarına verdiyi və hər bir şəraiti olan oteldə yer ayrılacaq.

Təbii ki, istəyən şəxsi imkanları hesabına fərdi ev də kirayələyə bilər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti