COP29

“Şamaxı” ilə bağlı yayılan bu xəbərlər həqiqəti əks etdirmir

21 İyun 21:00 Şamaxı 1 014
“Şamaxı” ilə bağlı yayılan bu xəbərlər həqiqəti əks etdirmir

“Şamaxı”nın yay hazırlıq planı məlum olub.

Premyer Liqaya dönüşü 1 il çəkən komandanın təlim-məşq toplanışı Şamaxıda baş tutacaq.

Hazırlıq prosesi iyulun 1-i start götürəcək. Əyalət təmsilçisi 10-12 gün ərzində doğma məkanda qalacaq və daha sonra Qəbələyə üz tutacaq.

«Şirlər» təqribən iki həftə burada toplanış keçəcək və 4 yoxlama oyununda qüvvəsini sınayacaq.

«Şamaxı»nın toplanışın üçüncü mərhələsi üçün Türkiyəyə səfər edəcəyi barədə yayılan xəbərlər isə həqiqətdən uzaqdır.

I Liqanın çempionu yay müddətində ölkədən kənara çıxmayacaq. Qəbələ səfərinin ardından yenidən Şamaxıya dönəcəklər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO