“Şamaxı”da maliyyə böhranı pik həddə çatıb.
Klubda çalışmış məşqçilər hələ də iyun ayının əməkhaqqısını almayıb.
Başda əyləşənlər, deyəsən, buradan ayrılmış mütəxəssislərın məvacibini ödəmək niyyətində deyil.
Vəziyyəti belə görən məşqçilər onlara avqustun 21-dək vaxt verib.
Əgər həmin tarixədək maaşlar köçürülməsə, AFFA-nın baş katibi Sərxan Hacıyevin qəbuluna gedəcək, eyni zamanda, mətbuata açıqlama ilə çıxış edəcəklər.
SPORTİNFO.AZ