«Kəpəz»lə bərabər Premyer Liqanın sponsorsuz fəaliyyət göstərən iki klubundan biri olan «Şamaxı»da çətin günlər tezliklə arxada qala bilər.
Saytımıza bu haqda maraqlı məlumat daxil olub.
Redaksiyamıza verilən xəbərə görə, «şirlər» hazırda iki şirkətlə danışıqlar aparır.
Mümkün tərəfdaşların adları açıqlanmasa da, qeyd olunub ki, hər ikisi yerli brenddir. Müxtəlif dövlət qurumları «Şamaxı»ya kömək məqsədilə bu görüşmələrdə vasitəçi qismində iştirak edir.
Bir ildən sonra elitaya qayıtmış əyalət təmsilçisi hazırda böyük miqdarda borc içindədir. Mövsümə başlamaq və digər cari xərcləri ödəmək üçün banklardan birindən külli miqdarda kredit alıblar.
“Şamaxı” Premyer Liqanın geridə qalan 17 turunda 14 xal toplayıb. Turnir cədvəlində 8-ci pillədədirlər.
SPORTİNFO.AZ