"Şamaxı" Premyer Liqanın 17-ci turunda doğçma meydanda "Səbail"lə 0:0 hesablı heç-heçə edib.
Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Bilirdik ki, gərgin oyun olacaq. Hər iki komandaya xal lazım idi, hava şəraiti oynamağa çətinlik yaradırdı. Belə meydançada oynamaq çox çətindir. İki komandanı da təbrik edirəm. Ən əsası odur ki, bu gün zədələr olmadı. Bizim üçün önəmli 1 xaldır. Çox böyük itkilərimiz var. Qış fasiləsinə kimi mübarizə aparacağıq. Gənc futbolçular çox şans qazanır. Çətindir. Amma səbr etməliyik. Qışdan sonra tam başqa "Şamaxı" görəcəyik. Mən buna inanıram. Heyətimizi gücləndirəcəyik və sona qədər mübarizə aparacağıq. Hər kəsi səbrli olmağa çağırıram.
- Cavid Hüseynov bildirdi ki, meydançanı daha yaxşı vəziyyətə gətirmək olardı. Siz necə düşünürsünz?
- Əvvəllər çempionatımız tez qurtarırıdı. İndi mövsüm həm tez başlayır, həm də gec bitir. Qəfil qar yağsa, bir çox yerdə belə olacaq. Bütün stadionlar qarlı havaya hazır olmalıdır. Qış aylarında oynayırıqsa, stadionlarda lazımi texnikalar olmalıdır.