I Liqanın çempionu kimi 1 ildən sonra Premyer Liqaya qayıdan «Şamaxı» yeni mövsümə xalla start verdi.
Masazırda «Sabah»ın qonağı olan «şirlər» 2:2 hesablı heç-heçəyə imza atdı.
İlk iki qol «bayquşlar»dan gəlsə də, əyalət təmsilçisi Rüfət Abbasov və Belajdi Pusinin vurduğu qollarla məğlubiyyətdən qaçdı.
Əldə olunan nəticə «Şamaxı»lılara mükafat qazandırıb. Klub rəhbərliyi 1 xal münasibətilə futbolçuların hər birinə 500 manat ödəyib.
SPORTİNFO.AZ