"Şamaxı"nın yeni transferi Giorgi Kantariya Azərbaycana çempion kimi gələcək.
Sportinfo.az xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçi son komandası olan "Nejmeh"də çempionluq sevinci yaşayıb.
Onun komandası son turda Livanda ölkənin ən yaxşısı adını qazana bilib.
“Şamaxı” Kantariya ilə bir illik müqavilə imzalayıb. O, yeni komandasının düşərgəsinə iyulun 7-də qoşulacaq.