"Şamaxı"nın "Qrobinya"dan (Latviya) ayrılan "Neftçi"nin sabiq yarımmüdafiəçisi Nazim Məmmədzadəni transfer etmək istəməsi yönündə xəbərlər yayılıb.
23 yaşlı futbolçu daha əvvəl "Renova" (Şimali Makedoniya), "Moralo", "Marino Luanko" (hər ikisi İspaniya) və MOİK-də forma geyinib.
Bildirilir ki, “şirlər” hazırda azad agent statusu daşıyan “Neftçi”nin yetirməsinə sonradan uzadılmaq şərtiylə 6 aylıq müqavilə təklif edib.
Əyalət təmsilçisinin baş məşqçisi Ayxan Abbasov isə bu informasiyanı doğrulamayıb.
Mütəxəssis saytımıza açıqlamasında sözügedən transferi planlaşdırmadıqlarını söyləyib: «O, bizim gələcək planlarımıza daxil deyil».
SPORTİNFO.AZ