COP29

Niyə istefa versin, gedin, qabağında baş əyin!

1 Dekabr 14:00 Şamaxı 2 012
Niyə istefa versin, gedin, qabağında baş əyin!

Premyer Liqanın ikinci dövrəsi «Şamaxı» üçün yaxşı keçmir.

Sezonun əvvəlində xal və ya xallar götürdüyü rəqiblərə bu aralar bir-bir uduzurlar.

Dünən də Şamaxıda istefa şüarları səsləndi. «Kəpəz»lə matçın final fitinin səslənməsini gözləməyən bir qrup yerli azarkeş (əgər onlara azarkeş demək mümkünsə) stadionda epizodik hay-küy qopardı.

Bunlar öyrədilmiş adamlardır. Futboldan qandıqları qrafa yoxdur. VİP-dən göz eləyiblər ki. tez, başlayın qışqırmağa, başlayıblar qışqırmağa.

«Şamaxı» rəhbərliyi yekcins deyil. Hərə bir yerdən gəlib. Və hərəsinin öz «patron»u var.

Burada bir rəhbər olsaydı, dərd yarıydı. Hələ klub olaraq təşəkkül tapmayan «Şamaxı»da 2-3 qərar verən şəxs var.

Məşhur «Arşın mal alan» filmində bir səhnə var e, «Şamaxı», bax, o vəziyyətdədir. Biri deyir, oxu, biri deyir, oxuma

Ayxan Abbasov bu münasibətin ortasında qalıb. Yenə böyük səbr sahibidir ki, neçə aydır qeyri-peşəkar insanların əhatəsində çalışır və hələ ağır xəstəlik tapmayıb.

Cari çempionatın ən zəif heyəti «Şamaxı»dadır. «Kəpəz» belə, sentyabr ayında etdiyi transferlərlə onlardan birbaş üstün duruma gəlib.

«Səbail», «Sumqayıt» və digərlərini onlarla müqayisə etməyin özü ayıbdır.

Nə istefa, nə zad. A kişi, gedin, Ayxan Abbasovu qoyun qarşınıza, başına dolanın! Şükür edin ki, o, Şamaxı kimi futbol ənənəsi olmayan yerdə işləməyə razılıq verib və hələ də özünü, sözünü tanımayan rəsmilərə dözür.

«Şamaxı»nın müqavilə bağladığı futbolçular büdcə kasadlığının yaratdığı diskomfortdur. Əksəriyyətini götür çölə at, elə orada da qalarlar, sahiblənən olmaz.

Bir az canıyanan olsa, götürüb zibil qabına tərəf gedər, daha başqa heç nə etməz.

Ayxan Abbasov bunlarla 13 xal toplayıb e, 5-10 minlik oyunçularla görün neyləyərdi. Şəraiti yaradın, sonra nəticə istəyin də,

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
1 Dekabr 09:25 Futbolun dirçəlişi