COP29

Ac və balaca klubu tox göstərən böyük adam

15 Sentyabr 16:30 Şamaxı 1 655
Ac və balaca klubu tox göstərən böyük adam

«Şamaxı» 1 ildən sonra qayıtdığı Premyer Liqada ikinci qələbəsini qazandı.

«Zirə»dən sonra «Sumqayıt» da onların gücünü gördü.

Daha öncə «Sabah» və «Neftçi» kimi iddialılardan xal qoparmağı bacarmış «Şamaxı»nın I Liqaya dönməmək yolunda inamlı göründüyünü deməliyik.

Bu, Ayxan Abbasov fərqidir.

«Şamaxı» yaxşı idarə olunmayan klubdur. Burada işini bilən funksioner yoxdur.

Kamran İsmayılov? Uzun illərdir bu sektorda çalışsa da, nüfuz sahibi deyil.

Ötən əsrin sonlarında qalıb, mövcud futbol təsərrüfatında qəbul görməyən şəxslərdən biridir.

Burada başqa kim var ki..? Varsa da, yox kimidirlər. Bir yerdə ki ayrı-ayrı məmurlar söz sahibilir və ağız deyəni qulaq eşitmir, mən Ayxan Abbasova burada qalmağı qətiyyən məsləhət görmürəm.

Mövsümü başa vursun və getsin. O, «Şamaxı» üçün böyük məşqçidir.

Hara getsə, ac qalmayacaq, iş və çörək tapacaq. Abbasovun qərar tutmalı olduğu yer iddialı klubdur.

Axı nəvaxtadək dibə vurmuş komandadarda işləyəcək, yetər də artıq. Gedib «Turan»ı götürdü, Tovuzda tək komanda yox, klub da yaratdı.

Bugünkü «Turan» onun əsəridir. «Şamaxı»da bunu etmək üçün imkanlar lap məhduddur. Məmurlar əlində «oyuncağ»a dönən «Şamaxı»ya pul xərcləmək istəmir.

Bunlar həmin adamlardır - I Liqada «Şamaxı»nın formasını geyinmiş futbolçulardan soruşun, günlərlə oteldə ac saxlanıldıqlarını deyəcəklər.

Ayxan Abbasov belə xəsis adamların əhatəsində özünü suda balıq kimi hiss etməyəcək. Bu, indi belə olsa da, müvəqqəti haldır.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!