COP29

Premyer Liqanın ən zəif komandası “kötəkləndi” - VİDEO

24 Avqust 08:20 Səbail 1 208
Premyer Liqanın ən zəif komandası “kötəkləndi” - VİDEO

Azərbaycan Premyer Liqasında IV turun görüşləri start götürüb.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

"Bayıl Arena"da reallaşan matçda "Səbail" "Kəpəz"i qəbul edib.

Meydan sahiblərinin 4:0 hesabı ilə qalib gəldiyi matçda hesabı 12-ci dəqiqədə Fərid Nəbiyev açıb. 34-cü dəqiqədə Gitay Sofir fərqi iki topa çatdırıb.

İkinci hissənin əvvəlində Ayman Bouali gəncəliləri növbəti dəfə meydanın mərkəzinə dəvət edib. Qarşılaşmada yekun nəticəni isə 54-cü dəqiqədə fərqlənən Suleyman Alluş müəyyənləşdirib.

“ASCO Arena”, 500 tamaşaçı
Baş hakim: Rauf Allahverdiyev
Baş hakimin köməkçiləri: Eyyub İbrahimov, Asiman Əzizli
Dördüncü hakim: Elvin Bayramov
VAR: Rauf Cabarov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Sarı vərəqələr: Ayman Bouali, 74 (qeyri-idman hərəkəti) // Ehtiram Şahverdiyev, 21 (qeyri-idman hərəkəti); Elmir Tağıyev, 57 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Natiq Süleymanov ("Səbail"), 76 (hakimin qərarına etiraz)
Qollar: Fərid Nəbiyev, 12; Gitay Sofir, 34; Ayman Bouali, 50; Suleyman Alluş, 54
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 2 dəq.

“Səbail”
1. Hüseynəli Quliyev
8. Qorka Laruçça
44. Amir Bilali
3. Dmitro Litvin
74. Yusif Nəbiyev (k)
77. Fərid Nəbiyev
(17. Gülağa Əsədov, 77)
5. Gitay Sofir
(83. Nihad Quliyev, 77)
21. Ayman Bouali
20. Mert Çelik
(6. Cabir Əmirli, 77)
11. Rüfət Abdullazadə
(7. Madi Queta, 71)
14. Suleyman Alluş
(10. David Qomis, 81)

Ehtiyat oyunçular:
12. Əlirza Müştəbazadə
18. Süleyman Əhmədov
15. Vüsal Məsimov
19. Samir Abdullayev
16. Emin Rüstəmov
Baş məşqçi: Şahin Diniyev

“Kəpəz”

22. Məmməd Hüseynov
2. İlkin Qırtımov
11. Orxan Əliyev
7. Ehtiram Şahverdiyev
78. Yeqor Kvalko (k)
8. Elmir Tağıyev
(6. Nemət Musayev, 69)
10. Karim Lkouça
(66. Arzu Atakişiyev, 62)
19. Lassana Ndiaye
(15. Cavad Kərimov, 62)
88. Keverton Markolino
(44. Nihat Fərəci, 81)
77. Viktor Braqa
17. Ümid Səmədov

Ehtiyat oyunçular:

18. Elgün Bayramov
3. Vurğun Hüseynov
99. Əli Səmədov
28. Redon Mihana
20. Mahir Həsənov

Baş məşqçi: Adil Şükürov

Digər Xəbərlər
Xəbər Lenti