COP29

"Mən rəhbərliklə pul barədə söhbət etmədim"

7 İyun 02:50 Səbail 1 019
"Mən rəhbərliklə pul barədə söhbət etmədim"

"Mən rəhbərliklə, ümumiyyətlə, pul barədə söhbət etmədim.

Çünki büdcənin azaldılması avtomatik olaraq maaşlara da təsir edəcəkdi".

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında bir neçə gün öncə “Səbail”dən ayrılan müdafiəçi Adil Nağıyev deyib.

Komandanın sabiq vitse-kapitanı rəhbərlik və məşqçilərlə məsləhətləşib:

“Klub rəhbərliyi və məşqçilər heyəti ilə məsləhətləşdikdən sonra belə qərara gəldim.

Sponsor büdcənin azalacağını bildirib. Razı olanlar komandada qalacaq, olmayanlar gedəcək”.

“Səbail” rəhbərliyindən yeni təklif almadığını deyən 28 yaşlı müdafiəçi komandanın 2023/2024 mövsümündəki çıxışını dəyərləndirib:

“Komandanın heyətinin 99 faizi dəyişmişdi. İlk turlarda yaxşı çıxış etdik.

Sadəcə, sabitlik çatmadı. Sona yaxın xallar itirməyə başladıq.

Bəzən bəxtsizlik, bəzən də çətinlik oldu. Legionerlərimiz də keyfiyyətli idi.

Əsas oyunçularımızdan Ağabala Ramazanov ağır zədələnmişdi. Qışda gələn futbolçular da pis deyildilər.

Onların yeni ölkəyə uyğunlaşması üçün vaxt lazım idi. “Səbail” klubu son illərdə daim turnir cədvəlinin axırıncı pillələrində qərarlaşırdı, ancaq bu il yaxşı çıxış etdik”.

Futbolçu yaxın günlərdə hansı kluba keçəcəyi ilə bağlı qərar verəcəyini deyib:

“Təkliflər var, hələ düşünürəm. Gələn həftə qərarımı verəcəm.

Xaricə getmək haqqında fikirləşməmişəm. Menecerlərdən təkliflər gəlsə, baxacam”.

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO