COP29

Premyer Liqa klubu müdafiəçisi ilə müqavilə müddətini artırdı

8 İyun 01:20 Səbail 971
Premyer Liqa klubu müdafiəçisi ilə müqavilə müddətini artırdı

"Səbail" Cabir Əmirli ilə yeni müqavilə imzalayıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi növbəti mövsümü də "dənizçilər"in heyətində keçirəcək.

Əmirli 2023/2024 mövsümündə Azərbaycan Premyer Liqasında 14 oyunda (989 dəqiqə) meydana çıxıb.

Bakı təmsilçisi bunadək Ağabala Ramazanov, Adil Nağıyev və Səlahət Ağayevlə yolları ayırdığını, Yusif Nəbiyev, Hüseynəli Quliyev, Samir Abdullayev, Rüfət Abdullazadə, Süleyman Əhmədovla müqaviləni yenilədiyini, Fərid Nəbiyevi isə transfer etdiyini rəsmən açıqlayıb.

Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO