Azərbaycanda baş məşqçi istefaya göndərildi - SON DƏQİQƏ

19:25 Səbail 1 053
Azərbaycanda baş məşqçi istefaya göndərildi - SON DƏQİQƏ

Premyer Liqada növbəti baş məşqçi dəyişikliyi gerçəkləşib.

«Səbail» Cavid Hüseynovla əməkdaşlığına son verib.

Ötən ilin noyabrında Şahin Diniyevi əvəzləmiş mütəxəssislə 2 illik müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

«Səbail» bu qərardan bir qədər öncə «Neftçi» ilə qarşılaşıb. Bayılda baş tutan Premyer Liqanın 27-ci tur matçı «dənizçilər»in 1:2 hesablı məğlubiyyəti ilə bitib.

Beləcə, «Səbail» mövsüm ərzində 21-ci yenilgisini almış olub.

Komanda hazırda 18 xalla turnir cədvəlinin 10-cu sırasındadır. «Səbail» ondan üst pillədəki «Kəpəz»dən artıq 5 xal geri qalır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti