COP29

Klub gizli görüşlə bağlı yayılan xəbərə SƏSSİZ QALMADI

14 Sentyabr 11:40 Səbail 1 922
Klub gizli görüşlə bağlı yayılan xəbərə SƏSSİZ QALMADI

«Səbail» rəhbərliyin Şahin Diniyevi istefaya göndərmək niyyətində olması barədə dünən xəbər yaymışdıq.

Bildirmişdik ki, Premyer Liqanın yeni mövsümünə uğursuz start, 5 tur ərzində cəmi 4 xalın toplanması «dənizçilər»in ürəyincə deyil və hazırkı baş məşqçidən əllərini üzüblər.

Çünki nəticələrin düzələcəyinə güman azdır və bunu Bayıl təmsilçisində də yaxşı başa düşürlər. Odur ki, «ehtiyat igidin yaraşığıdır» deyimi onları hərəkətə gətirib.

Qeyd etmişdik ki, icraçı direktor Firuz Abdulla alternativ namizəd üzərində işləməyə başlayıb. O. bu məqsədlə Adil Şükürovla görüşüb.

Yaxınlarda «Kəpəz»dən istefaya göndərilən çalışdırıcı ilə söhbət kifayət qədər uzun çəkib. Tərəflər danışıqlar masası arxasından razı halda qalxıb.

«Səbail»in mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov bu xəbərlə bağlı redaksiyamızla əlaqə saxlayıb:

"Səbail" rəhbərliyinin hansısa mütəxəssislə görüşməsi və klubda çalışması perspektivi ilə bağlı müzakirə aparması həqiqəti əks etdirmir".

Məlumat üçün bildirək ki, bu informasiya Adil Şükürova yaxın çevrə tərəfindən saytıımıza ötürülb.

Həmin şəxs(lər)in söylədiyinə görə, adıçəkilən şəxsin «Kəpəz»dən getmək qərarına gəlməsi, əslində, «Səbail»in ona ciddi maraq göstərməsiylə əlaqədardır.

Belə ki, Şükürov Bayıl klubunda çalışmaq perspektivinin yarandığını görəndən sonra Gəncə təmsilçisindən ayrılmağa və 20 min manat təzminat almağa razılaşıb

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?