COP29

Yeni baş məşqçi klub rəhbərliyi ilə görüşdü - Nə söz verdi?

12 Noyabr 09:40 Səbail 1 989
Yeni baş məşqçi klub rəhbərliyi ilə görüşdü - Nə söz verdi?

Dünən «Turan Tovuz»dan rəsmən ayrılan Cavid Hüseynovə «Səbail»ə gedən yolu tam açılıb.

İdarə Heyətinin sədri Ehtiram Quliyevin xahişini yerə salaraq Kurban Berdiyevin köməkçisi kimi burada işini davam etdirməkdən boyun qaçıran mütəxəssisin bu gün yeni klubunda təqdimatının olacağı gözlənilir.

O, artıq növbəti dəfə «dənizçilər»in rəhbərliyi ilə görüşüb, qarşılıqlı öhdəliklərlə bağlı məsələləri müzakirə edib.

Hüseynov komandanı təhlükəli zonadan uzaqlaşdıracağına və Premyer Liqada saxlayacağına söz verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 17:30 Çək və bizə göndər!