Premyer Liqada qalmaq mücadiləsi verən «Səbail» daha bir keçidə imza atıb.
Bayıl təmsilçisi Nicat Mehbalıyevi sıralarına qatıb.
«Dənizçilər» onunla 5 aylıq icarə müqaviləsi imzalayıb.
«Səbail»in Nicatı sıralarına qatmasının səbəbi əsas qapıçı Hüseynqulu Quliyevin zədələnməsidir. O, bu üzdən Premyer Liqanın 19-cu turunun «Sumqayıt»la matçını (2:0) buraxmalı olub.
«Sabah» dünən Stas Pokatilovu rənglərinə bağlayıb. Qazaxıstan millisinin qapıçısı bundan sonra "bayquşlar"ın uğurları üçün çalışacaq.
Pokatilov karyerası ərzində Qazaxıstanın “Akjayık” (2010-2013), “Şaxtyor” (Karaqanda, 2013-2015), “Aktobe” (2015-2016, 2022-2023), “Kayrat” (2016-2022), “Tobol” (2024) və Rusiyanın “Rostov” (2016) komandalarında çıxış edib.
2015-ci ildən Qazaxıstan millisinin üzvü olan Pokatilov burada 28 oyun keçirib.
SPORTİNFO.AZ