Qorxaq olma!

6 Aprel 11:05 Səbail 1 477
Qorxaq olma!

Uduzmadıqsa, gözəldir.

Şükür kəramətinə, ilahi!

Premyer Liqada qalmaq dərdi olan, sezon sona yaxınlaşdıqca şansı azalan bir komandanın baş məşqçisi 1 xala görə yerə-göyə sığmır, «maksimumu etdik» deyir.

Elvin Məmmədov hələ «bişməyib», təcrübəsizdir. Yolun başındadır, irəlidə çox şey görəcək, şübhəsiz.

Ancaq indidən media mənsubları ilə dilləşməsi, əksər hallarda suallarla razılaşmaması ona yaxşı heç nə vəd eləmir.

Adamın gördüyünü biz də görürük, baxdığına biz də baxırıq. Görürük və baxırıq ki, axır iki turda «Səbail»in dirənişi artıb, oyunu, nəticəsi gözəlləşməyib.

«Turan Tovuz»la matçı izlədikcə, əmin olursan ki, Cavid Hüseynov həqiqəti deyirmiş, düzünü deyirmiş - o, burada tək imiş.

Futbolçularla arasını kim vurub, kim vurmayıb, bilmirəm, bilmək də istəmirəm. Sadəcə, aradakı fərq üzə çıxınca, bunun bir təsadüf olmadığı qənaətinə gəlirsən.

«Səbail» 95 dəqiqə qaçdı. Meydanın hər tərəfinə çatdırdılar.

Rəqibə yaxın oynadılar, onlara geniş zona vermədilər. Lakin məqsəd o deyildi.

Yalnız bir istəklə döyüşdülər - top qapılarının torunu silkələməsin. Nə bir üzərində işlənmiş hücum qurdular, nə də «Turan»ı əks-hücumda narahat etdilər.

Elvin Məmmədov bunun yekununda 0:0-ı gözəl nəticə sayırsa, qoy, bilsin ki, ondan gələcəkdə yaxşı məşqçi çıxmayacaq. Həmihə bu yerlərdə olacaq, qalacaq, bir addım irəli getməyəcək.

Yağışda islanmış məşqçi yağmura yaxalanmaqdan qorxmamalıdır, risk etməlidir. Elvin Məmmədov oynatdığı hədsiz praqmatik tərzlə o ümidi vermir.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
6 Aprel 11:30 Yalnız SƏN YOXSAN!
6 Aprel 11:05 Qorxaq olma!
6 Aprel 02:10 Heç düşərli olmadı