“Səbail”in baş məşqçi vəzifəsini müvəqqəti icarə edəcək şəxs müəyyənləşib.
Qəsəbə təmsilçisini Elvin Məmmədov çalışdıracaq.
“Səbail” “Kəpəz”ə 0:1 hesabı ilə məğlub olduğu Premyer Liqanın XII tur oyunundan sonra Şahin Diniyevlə yollarını ayırıb.
Hazırda «dənizçilər»in U-19 komandasına da rəhbərlik edən Məmmədovun yeni işi bir neçə günlükdür. Həftəsonu «Turan Tovuz»la keçiriləcək ev matçından sonra o, sükan arxasını tərk edəcək.
Amma burada qalacaq. Cavid Hüseynovun təyinatı gerçəkləşən kimi, Elvin Məmmədov da məşqçi korpusunda yer alacaq. Çünki onlar uzun illər çiyin-çyinə futbol oynayıb və yaxın dostdur.
Bayıl təmsilçisi həftəsonu Premyer Liqanın 13-cü turu çərçivəsində məhz Hüseynovun Kurban Berdiyevin köməkçisi kimi çalışdığı «Turan Tovuz»la üz-üzə gələcək.
Gənc mütəxəssis 6 aya yaxındır işlədiyi kluba hörmət əlaməti olaraq, anlaşmanın bu matçdan sonra elan edilməsini istəyib.
SPORTİNFO.AZ