“Hazırkı mövqeyimizdən razı deyilik”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Səbail”in yeni baş məşqçisi Cavid Hüseynov deyib.
Bayıl təmsilçisi ilə 2 illik müqavilə imzalayan gənc çalışdırıcı komandanı tezliklə aşağı pillələrdən qurtarmağa çalışacağını söyləyib:
“Maksimum dərəcədə az vaxt ərzində çalışacağıq turnir cədvəlində daha üst pillərə qalxaq və yerimizi möhkəmləndirək.
Hər bir iş çətindir. Bu çətinliyin öhdəsindən gəlmək də insana xas olan xüsusiyyətdir.
Çətinlikləri sevirəm. Problemlər olsa belə, gözümü heç nə qorxutmur”.