«Səbail» rəhbərliyi Şahin Diniyevi istefaya göndərmək üçün məqam gözləyir.
Premyer Liqanın yeni mövsümünə uğursuz start, 5 tur ərzində cəmi 4 xalın toplanması, belə görünür ki, «dənizçilər»in ürəyincə deyil və hazırkı baş məşqçidən əllərini üzüblər.
Nəticələrin düzələcəyinə güman azdır və bunu Bayıl təmsilçisində də yaxşı başa düşürlər. Odur ki, «ehtiyat igidin yaraşığıdır» deyimi onları hərəkətə gətirib.
İcraçı direktor Firuz Abdulla alternativ namizəd üzərində işləməyə başlayıb. O. bu məqsədlə Adil Şükürovla görüşüb.
Yaxınlarda «Kəpəz»dən istefaya göndərilən çalışdırıcı ilə söhbət kifayət qədər uzun çəkib. Tərəflər danışıqlar masası arxasından razı halda qalxıb.
SPORTİNFO.AZ