COP29

Bu komandanın baş məşqçisi əli və əməli təmiz biri olsa…

24 Avqust 16:00 Səbail 1 464
Bu komandanın baş məşqçisi əli və əməli təmiz biri olsa…

Dörd tura 4 xal.

Şahin Diniyev vaxtilə «Kəpəz»də işləyib. Buradan qalmaqalla uzaqlaşdırılıb. Adı gələndə Gəncə əhli yaxşı heç nə danışmır.

Onun bugünkü və böyük ehtimalla, sonuncu klubu olan «Səbail» Bayılda «Kəpəz»ə 4 cavabsız qol vurur… Bu «Kəpəz»ə 14 qol vurmaq da olar, 4:0 qətiyyən qəhrəmanlıq sayılmamalıdır.

Düzü, «Səbail»in heyəti pis deyil. Yerliləri olsun, gəlmələri olsun: bir iş aşırmaq mümkündür onlarla.

Avrokuboklar uğrunda mübarizəyə qoşulmaq və sonadək bu iddiadan qopmamaq real gəlir bəndənizə. Şahin Diniyevin ağlayıb-sısqamasına inanmıram.

Gördüyüm odur ki, rəhbərlik yenə yaxşı pul verib əlinə, babat futbolçular yığılıb başına.

Hal-hazırkı «material»la yaxşı, bir qədər də həvəsli məşqçi çalışsa, «Səbail» liderlər qrupunda qərarlaşa bilər.

Mən bu potensialı hiss edirəm komandada. Sadəcə, Rauf Vəliyev «Səbail»ə xahiş-minnət yeri kimi baxmamalıdır daha.

Onu ciddiyə almalı, vaxt ayırmalıdır. O, xahiş elədi, bu minnətçi düşdü deyə, pulunu boş yerə axıtmamalıdır.

İşgüzar, əli və əməli təmiz, keçmişi qara, ləkəli olmayan birini gətirməlidir baş məşqçi postuna və güvənməlidir. Deməlidir ki, sən düz çalış, gözün onun-bunun cibində olmasın, mən də arxandayam.

«Səbail»i yalnız belə düzəltmək, belə irəli aparmaq olar.

Day bir oyun udub, üç-dörd tur uduzmaq yox e!

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti