COP29

Görün, kapitanı nəyin üstündə komandadan uzaqlaşdırıblar!

5 İyun 10:40 Səbail 4 501
Görün, kapitanı nəyin üstündə komandadan uzaqlaşdırıblar!

Dünən Ağabala Ramazanovla da vidalaşan "Səbail" daha bir futbolçusu ilə yollarını ayırıb.

Bu barədə qəsəbə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Müdafiəçi Adil Nağıyevlə müqavilənin müddəti başa çatıb. Onunla yeni sözləşmə imzalanmayıb.

Adil Nağıyev 2019-cu ildən "dənizçilər"in uğurları üçün çalışıb. Onun gedişinin səbəbi mübahisədir.

Belə ki, Premyer Liqanın axırıncı turunda keçirilən "Zirə" ilə səfər matçından sonra paltardəyişmə otağında gərgin anlar yaşanıb.

Klubun İdarə Heyətinin sədlri Rauf Vəliyev 0:1 hesablı məğlubiyyətin təsiri altında komanda üzvləri ilə görüşüb, məşqçi korpusunun və futbolçuların ünvanına sərt ifadələr işlədib.

O, Nağıyevin adını çəkib, zəif mövsüm keçirdiyini, kollektivə çox ziyan vurduğunu iddia eləyib. Kapitan bu iradla razılaşmayıb, cavab haqqından istifadə etməkdən çəkinməyib.

Baş məşqçi Şahin Diniyev isə rəhbərin tərəfini saxlayıb, bir çox oyunçunun ümidlərini doğrultmadığını, komandanı çətin vəziyyətə saldığını bildirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?