COP29

Kluba pul verən şəxs qəzəbləndi, 20 dəqiqə danladı, dedi ki... QƏFİL TOPLANTI

28 May 15:00 Səbail 3 957
Kluba pul verən şəxs qəzəbləndi, 20 dəqiqə danladı, dedi ki... QƏFİL TOPLANTI

“Səbail”in məşqçi və futbolçuları “Xəzər Dəniz Gəmiçiliyi”nin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyevi möhkəm əsəbiləşdirib.

Komandanın cari mövsüm bərbad keçirməsi onu qəzəbləndirib.

Premyer Liqanın son turunda keçirilən “Zirə” ilə matçı canlı izləyən klubun Müşahidə Şurasının sədri baş hakimin final fitinin ardından paltardəyişmə otağına enib.

O, sezonu 0:1 hesablı məğlubiyyətlə qapadan oyunçuları nəyi var danlayıb. Vəliyev dayanmadan 20 dəqiqə onları tənbeh edib.

“Səbail”ə milyonlarla manat vəsait ayırdığını, hər cür şərait yaratdığını, amma nəticələrin onda çox pis təəssürat yaratdığını deyib.

Himayədar şəxs bildirib ki, komandanın turnir cədvəlinin orta sıralarında görməyi qarşıya məqsəd qoysa da, gözləntiləri doğrulmayıb.

Qeyd edib ki, gedişat onu qətiyyən qane etmir və qısa zamanda islahatlara başlayacaq.

Rauf bəy islahatlar deyəndə nəyi nəzərdə tutmasına da açıq işarə vurub. Söyləyib ki, büdcə azalacaq, yüksəködənişli legionerlər, o cümlədən, yerlilər yola salınacaq.

Rəhbər Şahin Diniyevə necə yanaşıb? Baş məşqçiyə üz göstərməyib.

Vəliyev kollektivin ünvanına sərt tənqidlər səsləndirərkən, o da digərləri kimi başını aşağı salıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?