Halallığın olmadığı klub fəlakət içində - “Torba” tikməyin axırı

11:40 Səbail 600
Halallığın olmadığı klub fəlakət içində - “Torba” tikməyin axırı

«Səbail»in mövsümün sonunda Premyer Liqa ilə vidalaşacağı şübhə doğurmur.

Dörd tur ərzində 7 xallıq fərqi aradan qaldırmaq müşkül məsələdir, hardasa möcüzəyə bərabərdir.

Belə komanda pis oynamır. «Araz-Naxçıvan»ı da udmalı idilər. Son dəqiqədə qaçan o real epizodu gördüz də.

Bir anlıq gecikmə «Səbail»i 3 xaldan məhrum etdi.

Top onlardaydı. Ərazi üstünlüyü onlardaydı. İstək də onlardaydı.

Sadəcə, şansları yenə gətirmədi. Niyə gətirmədi, deyək.

Şahin Diniyevlə Cavid Hüseynovun ah-naləsi var bunların üstündə. Səhv rəhbər şəxslərdədir, gərək belə etməzdilər.

Mövsümə Diniyevlə başlamışdılarsa, onunla da davam etməli idilər.

Cavid Hüseynovu gətirmişdilərsə, «torba»sının tikilməsinə şərait yaratmalı, göz yummalı deyildilər. Yanında dayanmalı idilər, arxasından iş görməməliydilər.

Bütün bu yanlış davranışın altını çəkirlər indi.

Elə fərz etməsinlər ki, I Liqada vəziyyəti qaydasına sala biləcəklər. Bu ah-nalə və nifrin orada da «Səbail»i qarabaqara izləyəcək.

Elvin Məmmədov Cavid Hüseynovdan sonra sükan arxasına keçməklə səhvə yol verdi.

Dostuna elə dost münasibəti göstərməli idi. Ya da gedib şəxsən özündən halallıq alardı.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti