Bu komanda dağılır - Gizlicə sövdələşiblər

20 Aprel 22:55 Səbail 556
Bu komanda dağılır - Gizlicə sövdələşiblər

«Səbail»in ən yüksəködənişli müdafiəçisi Dmitrii Litvindir.

Ukraynalıya verilən aylıq maaş 7000 dollardır.

7 min Premyer Liqa standartlarında «tavan» vuran rəqəm sayılmır. Ümumi götürəndə, azdır, amma «Səbail»dən danışırıqsa, kifayət qədər yüksək məbləğdir.

«Səbail»in Premyer Liqanı tərk edəcəyi ehtimalı ötən iki turda artmışdısa, düşünürəm ki, dünən Masazırda bu məsələyə nöqtə qoyuldu. Və burada həlledici səhvi Litvin etdi.

Ukraynalı legioner hesabı 2:2 edən epizodda o yanlışa yol verməsəydi, «Səbail» liqada qalmaq ümidlərini bəlkə də gələn həftələrə qədər uzadacaqdı.

«Səbail» bu avtoqolla tamamən yıxıldı - üçüncü qolu buraxıb uduzdular, klubun yaşam taleyi möcuzəyə qaldı.

Elvin Məmmədovun fiziki kondinsiyanın düşməsi ilə bağlı dediklərinə etirazım var. Olanı demir o.

«Səbail»in demək olar bütün futbolçular çemodan əhval-ruhiyyəsindədir. Mövsümün başa çatmasına 1 ay qalıb, bunlar başqa yerdə axtarışa çıxıblar.

Hərəsi bir klubla gizlicə danışıqlar aparır. Hətta anlaşanlar var, xəbərdaram.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
20 Aprel 20:00 Çək və bizə göndər!
20 Aprel 11:30 Həm SİZ, həm BİZ...