“Bu gün bizə nəsib deyilsə, demək ki...”

19 Aprel 20:10 Səbail 264
“Bu gün bizə nəsib deyilsə, demək ki...”

"Səbail" Premyer Liqanın 31-ci turunda səfərdə "Sabah"a 2:3 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, Bayıl təmsilçisinin məşqçisi Elvin Məmmədov matçdan sonra keçirilən mətbuat konfrnasında sualları cavablandırıb:

- Oyuna tam ciddi hazırlaşmışdıq. Bizi nəyin gözlədiyini yaxşı bilirdik. Futbolçular çox yaxşı mübarizə apardı. Matçın sonlarında bir az yorğunluq baş verdi. Rəqibin də təzyiqi var idi, üstümüzə daha çox gəlirdilər. Layiqincə mübarizə apardıq. Yaxşı futbol oynadıq. Bu gün bizə nəsib deyilsə, demək ki, qarşıdakı matçlara baxmaq lazımdır.

- Hesabda iki dəfə önə çıxsanız, sonda uduzdunuz. Nə çatmadı ki, xal qazanasınız?

- Burada "Sabah"ı qeyd etmək lazımdır. Bu klubun futbolçuları fərdi olaraq keyfiyyətlidirlər. Onlar üstümüzə bir az da çox gəlməyə başladı. Həm konsentrasiya, həm də fiziki güc çatmadı. Ən vacibi də konsentrasiyanın itməsi idi

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 18:10 Çək və bizə göndər!