
«Səbail»i daha bir məşqçi tərk edib.
Ceyhun Rzayevdən sonra Zaur Əltyev də «dənizçilər»lə vidalaşmalı olub.
Əgər Rzayev istefaya göndərilən Cavid Hüseynovun ardınca düşərgədən gedibsə, ikinci uzun müddətdir çalışdığı klubdan yeni baş məşqçinin tələbi əsasında uzaqlaşıb.
Ümumiyyətlə, Elvin Məmmədov islahata başlayıb. Ötən həftə sükan arxasında Cavid Hüseynovu əvəzləyən keçmiş köməkçisi komandanın həkimini işdən çıxarıb.
O, buna səbəb kimi düşərgədə zədəli oyunçuların sayının çoxluğunu göstərib.
Məmmədovun qənaətinə görə, həkim məsuliyyət daşıdığı sahəyə barmaqarası yanaşıb. Rəhbərlik onun qərarına heç bir müdaxilə etməyib.
«Dənizçilər» Elvin Məmmədovla 2,5 aylıq müqavilə imzalayıb. Onun qarşısına komandanı Premyer Liqada saxlamaq vəzifəsi qoyulub.
Bayıl təmsilçisi 27 turdan sonra 18 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
SPORTİNFO.AZ