
Bazar ertəsi “İdman” TV-də yayımlanan “Futbol VAR” verilişinin növbəti efiri yayımlanıb.
Proqramda qonaq qismində beynəlxalq dərəcəli hakim Xaqani Məmmədovla yanaşı, “Sportinfo”nun əməkdaşı Həbib Aslanov yer alıb.
90 dəqiqəni əhatə edən verilişdə əsas üstünlük Premyer Liqanın 27-ci turunda yaşananlara verilib. Xüsusən baş məşqçilərin səsləndirdikləri fikirlər müzakirə edilib.
Həbib Aslanov həftənin olayına - “Səbail” – “Neftçi” qarşılaşmasından sonra birincilərin baş məşqçisi Cavid Hüseynovun klubda yaşananlarla bağlı söylədiklərinə sərt reaksiya verməklə yadda qalıb.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN