Baş məşqçinin ardınca o da iş yerini tərk etdi

18 Mart 14:00 Səbail 2 457
Baş məşqçinin ardınca o da iş yerini tərk etdi

Cavid Hüseynovdan sonra daha bir məşqçi «Səbail»dən ayrılıb.

Klub rəhbərliyi baş məşqçini istefaya göndərincə, Ceyhun Rzayev da burada qalmağı özünə yaraşdırmayıb.

Ötən ilin noyabrında «Şamaxı»dan dəvət olunmuş fiziki hazırlıq üzrə mütəxəssis şəxsi istəyi ilə müqaviləni pozub.

Qapıçılar üzrə məşqçi Fuad Əsədov isə öz işini davam etdirməyi lazım bilib. 2023-cü ilin dekabrında Şahin Diniyevlə bərabər Bayıl təmsilçisində işləməyə başlayan Arif Əsədovun oğlu bundan sonra Elvin Məmmədovla çiyin-çiyinə fəaliyyət göstərəcək.

Cavid Hüseynovun yanvarda öz korpusundan uzaqlaşdırdığı Vüqar Bəybalayev də artıq geri qayıdıb.

«Dənizçilər»lə 3 aylıq müqavilə bağlamış yeni sükançı son olaraq U-19 komandasında işləmiş Bəybalayevin yardımına ehtiyac duyub. A

yyarım öncə «Cəbrayıl»dan istefa vermiş Elhad Nəzirini də indən belə «Səbail»də görəcəyik. E.Məmmədovu onu da yanına götürüb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 08:50 Bakıda seans keçəcək
18 Mart 05:00 Növbəti etirafı etdi