
"Səbail"in yeni baş məşqçisi Elvin Məmmədovun köməkçiləri məlum olub.
Gənc mütəxəssis "Səbail"in U-19 komandasında birgə çalışdığı Vüqar Bəybalayevə korpusunda yer verib.
Məmmədovun digər köməkçisi isə Elhad Nəziri olacaq.
Bayıl təmsilçisi üçün yeni sima olan 32 yaşlı mütəxəssis son olaraq "Cəbrayıl"ın baş məşqçisi olub.
O, Qarabağ təmsilçisi ilə Region Liqasının qalibi və II Liqanın gümüş medalçısı olub.
Elhad Nəziri futbolçu kimi "Lokomotiv" (Bakı), "Milsami" (Moldova), "Petrolul" (Rumıniya),"İnter" (Bakı), "Metralul" (Rumıniya) klublarının formasını geyinib.
Azərbaycan millisinin sabiq üzvü Rumıniya kubokunun qalibi və çempionatın bürünc mükafatçısı olub.
SPORTİNFO.AZ