Premyer Liqa klubunun yeni baş məşqçisi məlum oldu - SON DƏQİQƏ

10:40 Səbail 796
Premyer Liqa klubunun yeni baş məşqçisi məlum oldu - SON DƏQİQƏ

"Səbail"in yeni baş məşqçisi məlum olub.

Əldə etdiyimiz məlumata görə, Bayıl təmsilçisini Elvin Məmmədov çalışdırıcaq.

Onunla mövsümün sonuna kimi anlaşma əldə olunub.

Məmmədov "Səbail"ə yad sima deyil. Gənc mütəxəssis daha əvvəl "Səbail"in U-19 komandasını çalışdırıb.

Şahin Diniyevin istefaya getməsindən sonra Premyer Liqanın 13-cü turuna təsadüf edən "Turan Tovuz"la (1:1) görüşə komandanı o hazırlamışdı.

Məmmədov sabiq baş məşqçi Cavid Hüseynovun korpusunda da yer alırdı.

Xatırladaq ki, Premyer Liqanın 26-cı turunda "Neftçi"dən alınan məğlubiyyətdən (1:2) sonra Cavid Hüseynovla yollar ayrılıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bala-bala...