Baş məşqçisini istefaya göndərən klub onu gətirəcək? - Özünü təklif etdi, vəd verdi ki…

09:40 Səbail 734
Baş məşqçisini istefaya göndərən klub onu gətirəcək? - Özünü təklif etdi, vəd verdi ki…

«Səbail»in yeni baş məşqçisinin adı yaxın günlərdə açıqlanacaq.

Saytımız bu haqda klubdan məlumat edib.

«Dənizçilər»in düşərgəsindən redaksiyamıza daxil olan informasiyaya görə, rəhbərlik hələlik heç bir namizədin üzərində dayanmayıb.

Onların siyahısı bugündən etibarən tutulmağa başlanacaq. Maliyyə vəziyyətini nəzərə alaraq söyləmək mümkündür ki, Bayıl təmsilçisi sükanı yerli mütəxəssislərdən birinə tapşıracaq.

Və yəqin ki, onu tapmaq müşkül məsələyə dönməyəcək. Hər halda «Səbail»də işləməkdən ötrü canfəşanlıq göstərən artıq var.

Bu, Tərlan Əhmədovdur.

2023-cü ilin iyununda «Kəpəz»dən uzaqlaşdırılan çalışdırıcı dünən «ASCO Arena»da olub, «Neftçi» ilə matçı izləyib.

Cavid Hüseynovun istefaya göndərilməsi açıqlanandan sonra o, müxtəlif şəxslər vasitəsilə «dənizçilər»in yönəticilərinə xəbər göndərib.

Əhmədov bildirib ki, komandanı mövcud vəziyyətdən çıxarmaq, Premyer Liqada saxlamaq mümkündür.

Hələ irəlidə dördüncü dövrənin olmasını deyən mütəxəssis vəd edib ki, «Kəpəz»lə aradakı 5 xallıq fərqi «əritmək» çətin deyil, sadəcə, futbolçuların özgüvənini təcili bərpa etmək lazımdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bala-bala...