5000 manat üçün Premyer Liqadan ayrılan oyunçudan SƏVİYYƏ QOL - VİDEO

23:45 II Divizion 51
5000 manat üçün Premyer Liqadan ayrılan oyunçudan SƏVİYYƏ QOL - VİDEO

II Liqada 16-cı tur arxada qalıb.

Çempionluq uğrunda mübarizə aparan "Şəfa" Bakıda "Şimal"ı qəbul edib.

Rövşən Rəcəbovun baş hakimi olduğu qarşılaşma paytaxt təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Elgiz Kərəmlinin çalışdırdığı kollektiv matça bütünlüklə nəzarət eləyib. İlk dəqiqələrdən ərazi üstünlüyünə yiyələnən ev sahibləri hesabı erkən açmaq üçün bir neçə fürsət yaxalayıb.

İlk qol isə 21-ci dəqiqədə vurulub. Qış fasiləsində 15 min manat təzminat qarşılığında "Şahdağ"dan alınmış Ruslan Hacıyev gözəl zərbəylə toru silkələyib.

Xaçmaz təmsilçisi bakılılara öz gücünü göstərə bilməyib. Rəqibin qapısına da yaxınlaşmağa çətinlik çəkiblər.

Şimallılar fasilədən sonra nisbətən fəallaşsa da, qollar yenə «Şəfa»dan gəlib.

Yanvarda 5000 manat maaş müqabilində «Şamaxı»dan gəlmiş Emin Zamanov 69-cu dəqiqədə super vuruşla səviyyəsini nümayiş etdirib. 83-cü dəqiqədə Elvin Nəsibov gözəl paslaşmanı məntiqi sonluğuna çatdırıb.

Bununla, xallarını 43-ə yüksəldən və hər futbolçusuna 200 manat mükafat ödəyən "Şəfa" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 34 xalı olan "Şimal" isə 3-cü yerdədir.

SPORTİNFO.AZ

"Şəfa" - "Şimal" 3:0
Qollar: R.Hacıyev, 21, E.Zamanov, 69, E.Nəsibov, 83

Bakı. “ASK Arena”. 400 tamaşaçı
Baş hakim: Rövşən Rəcəbov
Baş hakimin köməkçiləri: Vüqar Bayramov, Rasim Axundov
Dördüncü hakim: Nəriman Ağayev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
Sarı vərəqələr: Novruz Məmmədov, 44 (qeyri-idman hərəkəti) // Sabir Əlişan, 73 (qeyri-idman hərəkəti)
Qollar: Ruslan Hacıyev, 21; Emin Zamanov, 69; Elvin Nəsibov, 83
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 2 dəq.

“Şəfa”
13. Əli Həsənli
21. Novruz Məmmədov (k)
33. Tərlan Quliyev
88. Aqşin Paşayev
(4. Samir Ağayev, 78)
9. Amil Yunanov
(7. Elvin Nəsibov, 74)
77. İbrahim Aslanlı
(20. Rauf Məhərrəmov, 68)
42. Elnur Cəfərov
(32. Elməddin Hüseynzadə, 68)
10. Emin Zamanov
70. Ruslan Hacıyev
19. Əsgər Hüseynov
(97. Cavad Bağırov, 78)
80. Zahid Mərdanov
Ehtiyat oyunçular:
1. Vaqif Şirinbəyov
12. Rafiq Həsənov
23. Comərd Baxşəliyev
22. Tural Nərimanov
6. Ceyhun Cavadov
18. Rəsul Əliyev
2. Ratmir Kavtunov
Baş məşqçi: Elgiz Kərəmli

“Şimal”
36. Əmrah Məmmədli
18. Tural Cəlilov (k)
10. Elmar Yəhyabəyov
(23. İsa Cəbiyev, 72)
17. Cavad Hacıyev
14. Sabir Əlişan
16. Amil Məmmədov
27. Pərviz Azadov
44. Tofiq Nəsibov
(20. Valeh Seyidov, 82)
2. Said Əliyev
8. Pirverdi Seyidov
77. Ceyhun Kəlbəliyev
Ehtiyat oyunçular:
1. Natiq Daşdəmirli
13. Qeybulla Kaçayev
4. Ülvi Zeynalov
Baş məşqçi: Rəcəb Mahmudov

Digər Xəbərlər
Xəbər Lenti