
“Hazırda yeganə məqsədimiz Premyer Liqada qalmaqdır və komanda olaraq buna köklənmişik”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail”in yarımmüdafiəçisi Gitay Sofir deyib.
Israilli legioner iddia edib ki, formasını geyindiyi “dənizçilər” Premyer Liqadakı yerini qoruya biləcək:
“Bilirəm, son nəticələr istədiyimiz kimi deyil. Lakin daha çox çalışmaq, diqqətimizi cəmləmək və özümüzə inanmağa davam etmək üçün kifayət qədər zamanımız var.
Qarşıda hələ vacib oyunlar var və liqada yerimizi təmin etmək üçün hər xal üçün mübarizə aparacağıq. Bunu bacaracağımıza inanıram”.
Bayıl təmsilçisi 26 tur ərzində 18 xal toplayıb. Turnir cədvəlinin son pilləsində qərarlaşan
“Səbail” ondan üst sıradakı “Kəpəz”ən 5 xal geri qalır.