
«Demək ki, bu, bizə qismət deyilmiş».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Zirə»nin qapıçısı Aydın Bayramov deyib.
Qəsəbə təmsilçisi ölkə kubokunda mübarizəni ¼ final mərhələsində dayandırdı. «Qartallar» hər iki oyunda «Araz-Naxçıvan»a uduzaraq (0:1 və 0:2), yarımfinalda «Qarabağ»ın öünən çıxmaq şansını qaçırdı.
«İkinci cəbhə»də davam etməyə nə mane oldu? Aydını dinləyək:
"Araz"la hər iki oyunda yaxşı çıxış etdiyimizi hamı gördü. Sadəcə, cavab matçında bəxtsiz şəkildə qapımıza iki penalti verildi.
Birinci oyunda da penaldan qol buraxmışdıq. Biz bunu gözləmirdik.
Həm çempionatda, həm də kubokuda maksimum dərəcədə irəli getmək istəyirdik.
Qismətdən belə alındı, daha neyləmək olar..?
Premyer Liqada ikinci yeri tutmaq üçün əlimizdən gələni edəcəyik”.