
“Səbail” yekun nəticəsi böyük əhəmiyyət kəsb edən oyunda “Şamaxı”ya boyun əydi.
Bölgə təmsilçisinin 2:0 hesabı ilə qələbə qazandığı qarşılaşmadan sonra Sportinfo.az-a müsahibə verən Gitay Sofir komandası ilə bağlı maraq doğuran sualları cavablandırıb.
- Qış fasiləsindən sonra ardıcıl iki qələbə qazansanız da, davamı gəlmədi. Nə baş verdi?
- Bəli, ilə iki vacib qələbə ilə başladıq, lakin sonradan daha çox xal qazanmaq üçün müəyyən çətinliklərlə üzləşdik. Səbəblər çoxdur. Bununla belə, mən nikbinliyimi qoruyuram və əminəm ki, biz özümüzə gəlib qələbələr qazanacağıq.
- Hər oyunda çoxsaylı qol imkanlarını boşa verirsiniz. Bunun çıxış yolu var?
- Bütün matçlarda qol imkanları yaradırıq, amma təəssüf ki, onlardan istədiyimiz qədər yararlana bilmirik. Məşqlərdə bitiricilik və tez qərar vermək tapşırıqları üzərində çox çalışırıq. İnanıram ki, diqqətli və qətiyyətli olmaqla daha çox şansı qola çevirməcəyik.
- “Şamaxı” ilə oyuna üstün başlayıb, qol epizodları yaratmışdınız. Fasilədən sonra üstünlüyün rəqibin tərəfinə keçməsinə nə səbəb oldu?
- Matça yaxşı başladıq, bir neçə qol imkanları yaratdıq və oyuna nəzarət edirdik. Fikrimcə, rəqibin sürəti artırması və əlinə düşən qol imkanından yararlanması fasilə ərəfəsində onlar üçün böyük üstünlük oldu. Biz isə oyunboyu intensivliyimizi və soyuqqanlılığımızı qorumalı idik. Səhvi özümüzdə axtarmalıyıq. 90 dəqiqə yüksək səviyyədə çıxış edə bilməməyin səbəblərini özümüzdə axtarmalıyıq.
HƏBİB