
Bu gedişlə “Səbail”in Premyer Liqadakı yerini qoruması çox-çox çətin görünür.
“Kəpəz”lə “Şamaxı”nın inamlı təsir bağışladığını nəzərə alsaq, Bayıl təmsilçisinin hazırkı durumda rəqiblərini geridə qoyması ağlabatan deyil.
Çətinliklərə baxmayaraq, Süleyman Alluş inamlıdır.
Cibində Niderland pasportu gəzdirən yarımmüdafiəçi Sportinfo.az-a açıqlamasında deyib:
“Bundan sonra xal itirməyə haqqımız yoxdur. Limit qurtarıb.
Ona görə də hər oyundan xal və ya xallarla ayrılmalıyıq ki, vəziyyəti düzəldək. Necə ki, qış fasiləsindən sonra ardıcıl iki qələbə qazanmağı bacarmışdıq.
Komandanı elitada saxlamaq üçün əlimdən gələni edəcəyəm. İnanıram ki, sonda hədəfə çatacağıq”.
25 tura 18 xal toplayan ”dənizçilər” turnir cədvəlinin sonuncu - 10-cu pilləsində yerləşib. Komanda ondan üst sıralarda qərarlaşan ”Kəpəz” və ”Sumqayıt”dan 4 xal geri qalır.