“Daha 5 il Azərbaycanda oynamağa qarşı deyiləm”

5 Mart 23:00 Səbail 432
“Daha 5 il Azərbaycanda oynamağa qarşı deyiləm”

Süleyman Alluş yayda iş yerini dəyişə bilər.

“Səbail”in uğurları üçün tər tökən niderlandlı yarımmüdafiəçi ilə Premyer Liqa klubları yaxından maraqlanır.

Komandası turnir cədvəlinin sonuncu pilləsində qərarlaşmasına baxmayaraq, Alluş öz oyunu ilə hansı bacarığa sahib olduğunu göstərir. Elə buna görə də xidmətinə ehtiyac duyanlar var.

Səbəbkar mövzu ilə bağlı Sportinfo.az-a verdiyi açıqlamada “kartları” gizli saxlayıb:

“Açığı, təkliflərdən, maraqlardan xəbərim yoxdur. Agentimlə bu barədə ümumiyyətlə danışmamışam.

Çünki bu dəqiqə “Səbail”in nəticələrini və Premyer Liqadakı yerimizi qorumağı düşünürəm.

Mövsüm başa çatandan sonra bu barədə düşünmək olar.

İndi yalnız onu deyə bilərəm ki, Azərbaycan çox gözəl, sakit, yaşamaq üçün əla ölkədir. Daha 5 il burada oynamağa qarşı deyiləm”.

2019-cu ildə Niderlandın U-17 millisi ilə Avropa çempionu olmuş 23 yaşlı futbolçu cari mövsümdə 3-ü ölkə kubokunda, 25- Premyer Liqada olmaqla meydana çıxdığı 28 qarşılaşmada 2 qol və 3 assistlə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti