Hirslənmə, medianın üstünə gəlmə, probelmləri həll elə!

17:20 Səbail 128
Hirslənmə, medianın üstünə gəlmə, probelmləri həll elə!

«Səbail»in baş məşqçisi Cavid Hüseynov «Araz-Naxçıvan»ı çalışdıran həmkarının, Elmar Baxşıyevin səhvini təkrarladı.

Bayılda «Şamaxı»ya uduzduqları oyundan sonra.

Mətbuat konfransında media əhlini qınaq obyektinə çevirdi, aparılan analizlərin səthi olduğunu iddia etdi.

Yazılanların, deyilənlərin onu qıcıqlandırdığını başa düşürük, görürük. Hər söz ona həm dəyir, həm toxunur. Hədsiz həssas olub, adicə tıqqıltı da beyninə təsir edir, hirsləndirir.

Bunlar cavanlıqdan, təcrübəsizlikdən irəli gələn şeylərdir. Çalışaq ki, yenə Cavid Hüseynovu başa düşək, üstünə çox getməyək.

«Səbail»də çətin günlər yaşayır, I Liqaya yuvarlanmaq təhlükəsi nəvaxtdır komandasının başının üstünü kəsdirib. Topa-topa sıxlaşan qara buludlar kimi.

Səhşv etmirəmsə, Elmar Baxşıyev «Neftçi»ni 2:1 udduqları oyundan sonra mətbuatın üzərinə yerimişdi.

Uğursuzluq zolağında olmaqlarına dair xəbərdarlıq tipli yazıları «qılınclamışdı». KİV-nin çaldığı həyacan təbili xoşuna gəlməmişdi, ona görə də çılğına dönmüşdü.

Orada səhv heç nə yox idi: «Araz-Naxçıvan»ın sezonun əvvəlkindəki komanda olmadığı üçüncü dövrədə təsdiqini tapdı.

Necə dolaşığa düşüblərsə, Baxşıyev bu gün də itirdiyi ipin ucunu tapa bilmir.

Cavid Hüseynov media ilə üz-göz olmasın, uduzar. Məsləhətimiz odur ki, mətbuatın arxasınca düşməsin, vaxtını bütünlüklə komandasına sərf etsin, diqqətini onlardan yayındırmasın.

Prolblemlər(i) başdan aşır burada. Heyət sarıdan korluq, zədəlilər sarıdan çoxluq, üstəlik, sponsorun əlini klubun üzərindən çəkməsi.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti