Paytaxt klubunun parlayan istedadı: "Yaxşı yerdə legioner həyatı yaşamağı çox istəyirəm"

25 Fevral 21:00 Səbail 815
Paytaxt klubunun parlayan istedadı: "Yaxşı yerdə legioner həyatı yaşamağı çox istəyirəm"

Qış fasiləsində legioner həyatı yaşamağa yaxın olan futbolçulardan biri də Rüfət Abdullazadə idi.

İstedadlı yarımmüdafiəçiyə Türkiyədə bir neçə real təklif vardı.

Amma danışıqlar istənilən sonluğa çatmayınca Abdullzadə də karyerasını vətəndə davam etdirməli oldu.

Sportinfo.az-a açıqlama verən 24 yaşlı futbolçu başverənlərə belə aydınlıq gətirib:

"Bəli, qış fasiləsində rəsmi təklif olmuşdu. Həm klub, həm də mən birgə dəyərləndirdik ki, hələlik burada qalmağım daha xeyirli olar.

Performansımı yüksək tutmağa çalışıram. Komandada olduğum müddətdə faydalı olmaq üçün əlimdən gələni edəcəm".

Gənclər millimizin sabiq üzvü "Mövsümün sonu səni ölkə xaricində görə bilərikmi" sualına isə belə cavab verib:

"Bu barədə bir söz deyə bilmərəm. Amma təbii ki, yaxşı bir yerdə legioner həyatı yaşamağı çox istəyirəm. Bunun nə vaxt baş verəcəyini deyə bilmərəm".

"Sumqayıt"ın yetirməsi 2023-cü ilin yayından "Səbail"də çıxış edir. O, bu mövsüm meydana çıxdığı 22 matçda 4 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti