
Premyer Liqanın XXIII turunun bağlanış oyununda - "Səbail" və "Sabah" arasında baş tutan matçda qalib müəyyənləşməyib.
Sportinfo.az xəbər verir ki, “ASCO Arena”da keçirilən görüşdə qapılara qol vurulmayıb.
17 xalı olan “dənizçilər” turnir cədvəlinin sonuncu - 10-cu pilləsində qərarlaşıb. “Sabah” isə 32 xalla beşincidir.