Türkiyə klubu azərbaycanlı futbolçuya elçi düşdü, ödəmək istədiyi məbləğ bilindi

13:00 Səbail 2 202
Türkiyə klubu azərbaycanlı futbolçuya elçi düşdü, ödəmək istədiyi məbləğ bilindi

«Erzurumspor» azərbaycanlı futbolçunun xidmətində maraqlıdır.

Türkiyənin I Liqasının iştirakçısı Rüfət Abdullazadəyə elçi düşüb.

Super Liqaya iddia edən klub ona görə «Səbail»in qapısını döyüb. Qardaş ölkə təmsilçisinin yarımmüdafiəçiyə görə ödəməyə hazır olduğu məbləğ də bizə məlumdur.

Erzurum şəhərinin eyniadı komandası 24 yaşlı oyunçusu üçün 100 min dollar verməyə razıdır.

Dünən 2 qol vuran Rüfət Abdullazadə ilə müsahibə

«Sumqayıt»ın yetirməsi olan Abdullazadə ikinci mövsümdür ki, «dənizçilər»in şərəfini qoruyur. Onun Bayıl klubu ilə kontraktı bu ilin yayında başa çatacaq.

Vaxtilə azərbaycanlı baş məşqçi Ruslan Abdullayevin çalışdırdığı «Erzurumspor» hazırda I Liqanın iddialılarından biridir. 23 tura 40 xal toplayaraq, turnir cədvəlinin üçüncü pilləsində yer alıblar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Fevral 20:20 Razılaşdılar - VİDEO